BVF missiyası yayda Bakıya gələcək

10:50 - 4.04.2019


4 aprel, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası Azərbaycana yay aylarında səfər edəcək, ölkənin rəhbərliyi ilə görüşlər keçiriləcək.

Bu barədə, Bakıda diplomatik mənbə tərəfindən “RİA Novosti” agentliyinə xəbər verilib.

“Nümayəndə heyəti rəsmi Bakı ilə bir sıra məsələlər üzrə fikir mübadiləsi aparacaq”, - agentliyin mənbəyi bildirib və əlavə edib ki, səfərin tarixi qarşıdakı həftələrdə açıqlanacaq.

 

Bütün xəbərlər