Bakıda yanğın nəticəsində məhv olmuş ticarət mərkəzindəki mağazaların sahibləri 10 min manat, piştaxtaların sahibləri isə 2 min manat həcmində kompensasiya alacaqlar

11:01 - 4.04.2019


4 aprel, Fineko/abc.az. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası Bakının Nizami rayonunda yerləşən “Diqlas” Ticarət Mərkəzində baş vermis yanğından zərər çəkən sahibkarlara kompensasiya verilməsi qaydalarını təsdiqləyib.

Qaydalara əsasən, ticarət mərkəzinin ərazisində mağazalar və anbarlar icarəyə götürən sahibkarlar 10 min manat məbləğində kompensasiya alacaqlar, piştaxtalar və digər sahələri icarəyə götürən sahibkarlar isə 2 min manat həcmində kompensasiya alacaqlar.

Kompensasiya zərərin miqdarını aşmayacaqdır.

Kompensasiyanın ödənilməsi üçün ayrılan vəsaitlər Kiçik və Orta Biznes İnkişafı Agentliyinin hesabına köçürüləcək və Agentlik, çıxarış alınan gündən beş gün müddətində plastic kartlar vasitəsilə  kompensasiya verəcək.

 

Bütün xəbərlər