Manturov: Azərbaycan və Rusiya sənayeçiləri üçüncü ölkələrin bazarlarını birgə kəşf edəcəklər

12:00 - 4.04.2019


4 aprel, Fineko/abc.az. Bu gün Bakıya Rusiya sənaye müəssisələrinin biznes missiyası gəlib.

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, iclasda sənaye müəssisələrinin təxminən 200 nümayəndəsi iştirak edir.

“Bugünkü görüşdən praktiki nəticələr gözləyirik. Bu görüşün yekununda Azərbaycan və Rusiya sənayeçiləri arasında əməkdaşlığın inkişafı üçün əsas olacaq sənədlərin imzalanması gözlənilir”, - nazir bunu deyib.

Onun sözlərinə görə, Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşıdır və ölkənin ixracında birinci yeri tutur. 2018-ci ilin sonunda ölkələr arasındakı ticarət dövriyyəsi illik olaraq 12% artaraq 2.5 milyard dollardan çox təşkil edib.

Öz növbəsində, Rusiya Sənaye və Ticarət naziri Denis Manturov bildirib ki, görüşdə Rusiya sənaye müəssisələrinin 60 nümayəndəsinin iştirak edir.

“Azərbaycan və Rusiya sənaye biznesi arasında əlaqələrin inkişafı üçün böyük perspektivlər var. Bu missiyanın məqsədi təkcə Azərbaycan bazarına daxil olmaq deyil, həm də üçüncü ölkələrə çıxış üçün birgə layihələrin yaradılması və həyata keçirilməsidir”, - deyə Denis Manturov bildirib.

 

Bütün xəbərlər