Azərbaycan bankları, depozitlər üzrə dərəcələrin azaldılması şərtilə kredit dərəcələrini azaltmağa hazırdır

15:56 - 4.04.2019


4 aprel, Fineko/abc.az. Azərbaycanda banklar kredit dərəcələrini azaltmağa hazırdırlar.

Maliyyə Bazarlarına Nəzarət Palatasının kredit dərəcələrinin azaldılması üzrə yeni tələblər barədə təklifini şərh edən PAŞA Bankın idarə heyətinin üzvü Bəhruz Nağıyev bankların kreditlər üzrə faiz dərəcələrinin azaldılmasına razı olacağını bildirib.

“Lakin bu, depozitlərin dərəcələri azaldıldığı təqdirdə mümkündür. Əmanətçilər banklarda vəsaitləri illik 6-7% səviyyəsində saxlamağa razı olarlarsa, o zaman banklar da kreditləri daha ucuz təqdim etməyə hazır olacaqlar”, - deyə B.Nağıyev bildirib.

 

Bütün xəbərlər