Özəlləşdirilməyə çıxarılacaq müəssisələrin bir sıra vergi borcu silinəcək

12:14 - 5.04.2019


5 aprel, Fineko/abc.az. Özəlləşdirilməyə çıxarılacaq müəssisələrin  bir sıra vergi borcu silinəcək.

Bu cari il martın 1-dən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlət əmlaklarına şamil olunur. Dövlət əmlakının satıcısı qismində çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsi Vergilər Nazirliyi ilə birgə özəlləşdirilməyə çıxarılan müəssisələrin vergi borclarını dəqiqləşdirib.

Artıq 140 müəssisə özələşdirilməyə hazırdır. Bu müəssisələrin ümumi əmlak və torpaq vergisi 10 milyon manat təşkil edir.

Yeni Qanun qüvvəyə minəndən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının, bu qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borcların silinmə qaydaları da müəyyənləşdirilib. Əgər müəssisəni özəlləşdirən sahibkar özəlləşdirmə tarixindən etibarən bir il ərzində borcların 30 faizini ödəyərsə, ödənilməyən borc silinəcək. İki il ərzində borcların 50 faizi ödənildikdə isə qalan borc ləğv edilir və 3 il ərzində müəssisənin borclarının 70 faizi ödənildikdə qalan borc bağlanır. Həmçinin borcların məcburi ödənilməsi barədə məhkəmə qərarı varsa, yeni qaydalar qanunun qüvvəyə minmə tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil ediləcək.

Bütün xəbərlər