Energetika naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək

14:54 - 5.04.2019


5 aprel, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov aprelin 26-da Şirvan şəhərində Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu saat 10:00-dan etibarən nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialının inzibati binasında (ünvan: Şirvan şəhəri, Maarif Aydınov küçəsi 1/1) keçiriləcək.

 

 

Bütün xəbərlər