Azərbaycan sığorta şirkətləri 33,1 milyon manatlıq sığorta ödənişləri həyata keçirib

16:30 - 5.04.2019


5 aprel, Fineko/abc.az. Yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 132,8 milyon manat məbləğində sığorta haqları toplanıb, 33,1 milyon manatlıq sığorta ödənişləri həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mə bildirilib ki, könüllü sığorta bazarı üzrə haqlar 103,9 milyon manat, ödənişlər isə 21,3 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 28,9 milyon manat, ödənişlər 11,8 milyon manat olub.

İki ayda sektor üzrə məcmu sığorta haqlarının 78,2 faizi könüllü, 21,8 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 64,4 faizi könüllü, 35,6 faizi icbari sığorta növləri hesabına formalaşıb.

 

Bütün xəbərlər