İlham Əliyev Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin tikintisi haqqında sərəncam imzaladı

17:09 - 5.04.2019


5 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev Bakı şəhərində əhalinin sıxlığı və müvafiq dövlət xidmətlərinin yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi nəticəsində müraciətlərin sayının artması ilə bağlı yeni “ASAN xidmət” mərkəzləri yaradılmasının zəruriliyini nəzərə alaraq, Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 6,0 (altı) milyon manat ayrılması haqda Səərncam imzaladı.

Bütün xəbərlər