“Diqlas" ticarət mərkəzində yanğından zərər çəkmiş 57 sahibkara 570 min manat maddi yardım ödənilib

17:13 - 5.04.2019


5 aprel, Fineko/abc.az. “Diqlas" ticarət mərkəzində yanğından zərər çəkmiş  57 sahibkara 570 min manat maddi yardım ödənilib, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

“Aprelin 4-də 93, bu gün isə 90 sahibkar ərizə ilə müraciət edib. Sahibkarlara ödənişlər "Kapital Bank " və "Turan Bank" vasitəsilə həyata keçiriləcək. Düşünürəm ki, gələn həftənin sonunadək maddi yardımın verilməsi başa çatacaq”, - deyə nazir bildirib.

 

Bütün xəbərlər