Azərbaycan prezidenti Gürcüstan prezidentinə başsağlığı verib

14:52 - 27.11.2017


27 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Gürcüstan prezidenti Georgi Marqvelaşviliyə başsağlığı məktubu göndərib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident, Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

 

Bütün xəbərlər