Azərbaycanda avtomobil yolunun tikintisi üçün 14 milyon manat ayrılıb

16:46 - 8.04.2019


8 aprel, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Şəmkir rayonu ərazisində yolun tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindən 14 milyon manat ayrılması barədə sərəncam imzalayıb.

Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolu 85 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir.

Avtomobil yolunun tikintisi üçün vəsaitlər, 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.

Maliyyə Nazirliyinə, bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

 

Bütün xəbərlər