İlham Əliyev Samux rayonunda xəstəxananın tikintisi üçün 1 milyon manat ayırıb

17:03 - 8.04.2019


8 aprel, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Samux rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi üçün dövlət büdcəsindən Səhiyyə Nazirliyinə 1 milyon manat ayırıb.

Bu məqsədlər üçün nəzərdə tutulan vəsaitlər, dövlət büdcəsində 2019-cu ildə nəzərdə tutulmuş dövlət kapitalı qoyuluşları çərçivəsində ayrılacaqdır.

Maliyyə Nazirliyinə, bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Bütün xəbərlər