330x110
 

PwC Azərbaycan şirkətinin Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev Bakıda keçirilən Kouçinq və Liderlik Konfransının açılışında çıxış etmişdir

08.04.2019,17:31


8 aprel, Fineko/abc.az. 5 aprel 2019-cu il tarixində Bakıda Boulevard Oteldə keçirilən Kouçinq və Liderlik Konfransında PwC Azərbaycan şirkətinin Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev “Yüksəlişin Əks Yönləri ” mövzusunda çıxış etmişdir. Öz nitqində cənab Paşayev iş yerində dəyişkən mühitə uyğunlaşmağın üsulları ilə bağlı fikirlərini bölüşmüşdür.

Konfrans Beynəlxalq Kouç Federasiyası və Azərbaycan Banklar Assosiasiyası tərəfindən Azərbaycan-Amerika Ticarət Palatasının tərəfdaşlığı ilə  təşkil edilmişdir. Bu konfrans Azərbaycan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Birləşmiş Krallıqdan tanınmış kouçlar və liderlik üzrə mütəxəssisləri bir araya gətirən unikal platformadır.

PwC-də biz şirkətimiz daxilində, müştərilərimizin təşkilatlarında eləcədə cəmiyyətdə liderlər yetişdiririk və həmin liderlər ətrafdakılarını ilhamlandırır.  Biz həmçinin ən mühüm məqsədlərə nail olmaq üçün müxtlif perspektivlər nəzərdən keçiririk. Sahələr üzrə yanaşmamız fikir müxtəlifliyini dəstəkləyir, cəmiyyətdə etimad yaradır və müştərilərimizə mühüm problemlərin həllindı köməklik göstərir.

 

Açar sözlər: PWC