Yaşayırıq,Yaradırıq, Gələcəyə İnanırıq!

09.04.2019,11:00


9 aprel, Fineko/abc.az. Xüsusi qayğıya ehtiyacı olan uşaqların bacarıqlarının inkişaf etdirilməsi və onların cəmiyyətə inteqrasiyası hər zaman aktual problemlərdəndir. Bu istiqamətdə artıq ilk addımlar atılsa da bunun yetərli olmadığını görürük. Bu proqram çox şaxəli olmalıdır. Bu uşaqların sosial müdafiəsinə, cəmiyyətə inteqrasiyasına və bacarıqlarının inkişaf etdirilməsilə bərabər onların valideynləri ilə də işlər aparılmalı və dəstək göstərilməlidir.

Müşviq Əlil Uşaqlara Yardım İctimai Birliyi bu yanaşmanı artıq uzun illərdi ki, tətbiq edir. Reabilitasiya proqramlarının bir hissəsi olaraq yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə böyük diqqət yetirilir. Müşviq mərkəzində olan uşaqlar, müxtəlif teatr festivallarında və şərgilərdə fəal iştirak edirlər. Butün bu praqramlarda tərəfdaş kimi çıxış edən Holcim Azərbaycan şirkəti artıq 20 ildir ki, Müşviq Cəmiyyətini dəstəkləyir.

Holcim-ın Korporativ Sosial Məsuliyyət (KSM)  strategiyası cəmiyyətdə aktual olan problemlərin həllinə töhfə verməkdir. Şirkət LafargeHolcim-in üzvü olaraq 2022 və 2030 illərdə davamlı inkişaf hədəflərində öz əksini tapmış icmanın və insanların rifahını yaxşılaşdırmağı qarşısına məqsəd kimi qoymuşdur.  “Cəmiyyətin hər bir üzvü diqqətdən kənarda qalmamalıdır. Xüsusi qayğıya ehtiyac duyan uşaqlara cəmiyyətdə bərabər imkanlar yaradılmalıdır. Bu günə qədər ölkənin davamlı inkişafına müsbət təsir göstərmiş təhsil, səhiyyə, infrastuktur, və bir çox layihələr səhmdar cəmiyyət tərəfindən həyata keçirmişdir”: Holcim-in Baş Direktoru Frederic Guimbal qeyd etdi.

Artıq bu gün Holcim Azərbaycan və Müşviq Əlil Uşaqlara Yardım Cəmiyyəti birgə əməkdaşlığının 20 illiyini qeyd edir. Bu münasibətlə Müşviq  Cəmiyyətinin uşaqları Holcim Sement zavodnun kollektivi üçün konsert proqramı ilə çıxış etmişdir. Tədbirdə çıxış  edən Müşviq Birliyinin sədri Validə Abbasova qeyd etdi: “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğının, onların yaradıcılıq potensialının üzə çıxarılması vacib məsələlərindən biridir. Və bu illər ərzində Holcim şirkəti bu qayğnı Müşviq mərkəzindən əsirgəməmiş hər zaman öz dəstəyini göstərmişdir. Mərkəzdə uşaqların bacarıqlarını üzə çıxararaq, özlərini gələcəkdə idarə etməsi üçün imkanlar yaradılır. Yaradıcı bacarıqlarını nümayiş etdirərək uşaqlar özlərini cəmiyyətə tanıdır və mövcud stereotipləri qırır ” Tədbir həm balaca qonaqların həm də Holcim əməkdaşlarının sevincinə səbəb oldu.

**********

Holcim Azərbaycan 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.