Azərbaycanda pul bazası 6% azalıb

13:02 - 9.04.2019


9 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 1 aprel 2019-cu il tarixinə pul bazasının həcmini açıqlayıb.

Mərkəzi Bankın məlumatına əsasən, 1 aprel 2019-cu il tarixinə Azərbaycanda pul bazasının həcmi 8 946,3 milyon manat təşkil edib.

2018-ci ilin 30 dekabr tarixinə olan məlumata əsasən, Azərbaycanda pul bazası 9,545,7 milyon manat təşkil etmişdir. Beləliklə, 2019-cu ilin birinci rübündə pul bazası 6,3% azalıb. Eyni zamanda, mart ayında pul bazası 67,8 milyon manat və ya 0,8% azalıb.

2018-ci ildə pul bazasının artımı 12% və ya 1002,5 milyon manat təşkil etmişdir.

 

Bütün xəbərlər