Mərkəzi Bankın valyuta ehtiyatları 2019-cu ilin I rübündə 2,7% artıb

13:09 - 9.04.2019


9 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2019-cu ilin yanvar-mart aylarında 2,7% artıb.

AMB-nin məlumatına görə, valyuta ehtiyatları 2019-cu il aprelin 1-nə olan vəziyyətə görə 5778,6 milyon dollar təşkil edib, 2019-cu ilin aprelin 1-də isə bu göstərici 5625,7 milyon dollara bərabər olub. Bu, 2019-cu ilin birinci rübündə 2,7% artım deməkdir.

2019-cu ilin mart ayında Mərkəzi Bankın valyuta ehtiyatları 16,7 milyon dollar (0,3%) artıb.

2018-ci ildə AMB-nin valyuta ehtiyatları 5,4% artıb. 2017-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 34,2% artıb.

 

Bütün xəbərlər