Formula 1 yarışları ilə əlaqədar “Azərsu” komissiya yaradıb

15:20 - 9.04.2019


9 aprel, Fineko/abc.az.  Bakıda keçiriləcək növbəti Formula 1 yarışları ilə əlaqədar, tədbirə yüksək səviyyədə hazırlaşmaq və qarşıya çıxa biləcək problemlərin operativ həlli məqsədi ilə “Azərsu” ASC-də komissiya yaradılıb, Tədbirlər Planı təsdiq edilib.

Tədbirlər Planına uyğun olaraq yarışların keçiriləcəyi  ərazilərdə içməli su və kanalizasiya infrastrukturlarının normal fəaliyyətini təmin etmək və  yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə monitorinq və qiymətləndirmə işləri aparılıb. 

Yarışların keçiriləcəyi günlərdə yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə xüsusi briqadalar yaradılıb və dislokasiya yerləri müəyyən edilib. Qəza briqadalarının maşın və avadanlıqlarla, mal-materialla təmin olunması üçün zəruri tədbirlər görülüb. 
Qeyd edək ki, yarışlarla əlaqədar  idman və turizm obyektlərinin su təchizatı və kanalizasiya  sistemlərinin fəaliyyətinə də nəzarət gücləndirilmişdir.

Bütün xəbərlər