Fövqəladə hallar naziri Qubada vətəndaşları qəbul edəcək

15:59 - 9.04.2019


 9 aprel, Fineko/abc.az.  Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən aprelin 12-də saat 11.00-dan Quba şəhərindəki Heydər Əliyev Mərkəzinin binasında vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda yalnız Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Bütün xəbərlər