İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,2 mlrd. manatı keçib

16:16 - 9.04.2019


9 aprel, Fineko/abc.az.  İpoteka krediti ilə bağlı müvafiq sığorta müqavilələrinin bağlanması və ipoteka kreditlərinin təminatı olan ipoteka predmetlərinin qiymətləndirilməsi Fondun müvəkkil sığorta şirkətləri və müvəkkil qiymətləndiriciləri tərəfindən həyata keçirilir. Hazırda ipoteka kreditləri üzrə Fond 24 müvəkkil bank, 18 müvəkkil sığorta şirkəti və 17 müvəkkil qiymətləndirici ilə əməkdaşlıq edir.

Fondun vəsaiti hesabına ipoteka kreditlərinin maliyyələşdirilməsinə 2006-cı ildən etibarən başlanılıb və 01 aprel  2019-cu il tarixinə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,2 mlrd. manatı keçib, bu kreditlərin 380,3 mln. manatdan çox hissəsini (7854 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş ipoteka kreditləri təşkil edib. Ümumilikdə, 2006-2019-cu illərdə (01 aprel 2019-cu il tarixinədək) Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67.9%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 19.5%-i isə regionlarda verilib.

Bütün xəbərlər