İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 566 mln. manata çatdırılıb

16:40 - 9.04.2019


9 aprel, Fineko/abc.az.  İpoteka və Kredit Zəmanət Fondunun açıqlamasında bildirilirki, Fondun kapitallaşması, 2019-cu il martın 7-də Prezidentin Fərmanı ilə Fondun nizamnamə kapitalı 100 mln. manat artırılaraq 566 mln. manata çatdırılıb. Ayrılan vəsaitin hər il olduğu kimi 2019-cu ildə də güzəştli ipoteka kreditlərinə yönəldilməsi nəzərdə tutulur.

2018-ci ilin sonuna Fondun cəmi aktivlərinin həcmi 1,27 mlrd. manat, manat təşkil edib. Fondun əsas məqsədi mənfəət əldə etmək olmasa da, risklərin etibarlı idarəetmə sisteminin qurulması və fəaliyyətin səmərəli təşkili nəticəsində Fondun mənfəət göstəricilərində illər üzrə əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, Fond 2018-ci ili 19,9 mln.manat xalis mənfəətlə başa vurub ki, bu da  2017-ci illə müqayisədə  4,8 mln. manat və ya 32,23% artım deməkdir.

Bütün xəbərlər