İlham Əliyevin tapşırığına əsasən FHN İrana humanitar yardım göndərəcək

17:03 - 9.04.2019


9 aprel, Fineko/abc.az.  İran İslam Respublikasında aramsız yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Azərbaycan Hökuməti adından bu ölkəyə humanitar yardım göndərəcək. Ümumi dəyəri 950 min manat olan humanitar yardımın yola salınması üçün hazırda müvafiq hazırlıq işləri görülür.

Qeyd edək ki, baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.

Bütün xəbərlər