Azərbaycan və Pakistan birbaşa çarter uçuşları açmaq haqqında razılaşırlar

12:36 - 10.04.2019


10 aprel, Fineko/abc.az. Azərbaycanla Pakistan arasındakı çarter uçuşları təşkil ediləcək.

Türkiyə Sahibkarları və Sənayeçiləri Birliyinin (TUMSIAD) Pakistan ofisinin rəhbəri Çundari Anis İqbal bildirib ki, məsələ artıq müzakirələrin son mərhələsindədir.

“AZAL və Pakistan Hökuməti çarter uçuşlarına razı olduqlarını bildiriblər. Biz daha bir görüş keçirməli və detalları müzakirə etməliyik”, - deyə Birliyin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Azərbaycana gələn Pakistanlı turistlərin sayı artmaqdadır. Beləliklə, 2018-ci ildə Pakistandan Azərbaycana 22 min turist gəlib və sentyabr ayına qədər onların sayı 32 minə çatacaqdır.

 

Bütün xəbərlər