18 aprel tarixindən etibarən Azərbaycanda mənzillərin kağız “kupça”ları ləğv edilir

12:57 - 10.04.2019


10 aprel, Fineko/abc.az. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi mənzillərin çıxarışlarını (“kupça”) yalnız elektron formada təqdim edəcək və beləliklə kağız sənədlərinin verilməsi dayandırılacaqdır.

Dövlət Komitəsi məlumat verir ki, aprelin 18-dən çıxarışlar üçün müraciətlər yalnız elektron formada qəbul olunacaq.

“Çıxarışlar ərazi idarələrindən 1,3,7,10 iş günü ərzində hazırlanacaq və elektron hökumət portalına yerləşdiriləcək. Çıxarışın hüquqi sahibi onu portal vasitəsilə əldə edə biləcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər