Azərbaycan Avropaya müntəzəm yük daşımaları həyata keçirmək üçün Koreyaya “Orta Dəhliz” layihəsinə qoşulmağı təklif edib

17:06 - 10.04.2019


10 aprel, Fineko/abc.az. “Korail” Koreya Milli Dəmir Yolları Korporasiyasının  Seul şəhərində yerləşən ofisində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla  “Korail” Koreya Milli Dəmir Yolları Korporasiyasının prezidenti  Son Byonq Sokun arasında görüş keçirilib.

QSC-in məlumatında deyilir ki, ikitərəfli görüşdə Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək, Azərbaycanın nəqliyyat-logistika imkanları, dəmir yolunda həyata keçirilən islahatlar barədə danışıb, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu barədə ətraflı məlumat verib.

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu yüklərin Çindən Avropaya və əks istiqamətdə daşınmasını təmin edir. Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması istiqamətində ən mühüm nailiyyətlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsidir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin tərkib hissəsi olmaqla, Çinlə Avropa arasında ən qısa marşrutdur. “Korail” Koreya Milli Dəmir Yolları Korporasiyası Lyanyunqan və Pusan limanlarının geniş terminal imkanlarından istifadə edərək, Avropaya yüklərin müntəzəm daşınması üçün Orta Dəhliz layihəsinə qoşulmaq imkanlarını nəzərdən keçirə bilər”, - Cavid Qurbanov belə deyib.

 

Bütün xəbərlər