Neftin qiymətləri 5 ay ərzində maksimum hədlərə yüksəlib

10:56 - 11.04.2019


11 aprel, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin 1 barelinin qiyməti 1,24 dollar və yaxud 1,7% artaraq bir barelə 73,98 dollar təşkil edib.

Aprelin 10-da Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin may fyuçersi 0,63 dollar (0,98%) artaraq bir barelə 64,61 dollar təşkil etmişdir ki, bu da 31 oktyabr 2018-ci ildən maksimum göstəricidir. 

Saat 9:15-də “WTI” markalı neftin may fyuçersi 0,3 dollar (0,46%) azalaraq 64,31 dollar / barelə təşkil etmişdir.

Çərşənbə günü Londonun “ICE Futures” birjasında “Brent”in iyun fyuçersi 1,12 dollar (1,59%) artaraq bir barelə 71,73 dollar təşkil etmişdir ki, bu da 7 noyabr 2018-ci ildən maksimum göstəricidir. 

“Brent” markalı neftin iyun ayına olan fyuçers qiymətləri 9:15-də 0,27 dollar (0,38%) azalaraq bir barelə 71,46 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər