Azərbaycan və BVF əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdilər

11:47 - 11.04.2019


11 aprel, Fineko/abc.az. Ötən gün Azərbaycanın maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Natalia Tamirisanı qəbul edib.

Nazirliyin məlumatında deyilir ki, görüşdə Azərbaycan üzrə missiyanın keçmiş rəhbəri Məhəmməd əl Qorçi də iştirak edib.

“Tanışlıq xarakteri daşıyan görüşdə BVF ilə Azərbaycan Respublikası arasında texniki əməkdaşlıq sahəsində mövcud əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri, gələcək inkişaf planları barədə fikir mübadiləsi aparılıb. Nazir Samir Şərifov Natalia Tamirisaya gələcək fəaliyyətində uğurlar arzulayıb. BVF ilə Azərbaycan arasında mövсud yüksək səviyyəli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirib”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər