“IrAero” şirkəti Çelyabinsk və Bakı arasında ilk birbaşa uçuş reysi açdı

11:55 - 11.04.2019


11 aprel, Fineko/abc.az. “IrAero” aviaşirkəti Çelyabinskdən Bakıya birbaşa ilk reys həyata keçirib.

Çelyabinsk hava limanı hava xidmətinin mərkəzi agentliyinin inkişaf direktoru Vera Podkorıtovanın sözlərinə görə, aviaşirkət həftədə bir dəfə uçuş həyata keçirməyi planlaşdırır.

“20 iyun tarixinə qədər uçuşlar çərşənbə axşamı günləri, iyunun 20-dən sonra isə cümə axşamı günləri, lakin həftədə bir dəfə olacaq. Uçuşlar, reysin yerinə yetirildiyi bortdan asılı olaraq, 93 və 103 yerlik “Suxoy Superjet” təyyarələri ilə həyata keçiriləcək”, - deyə V. Podkorıtova bildirib.

Onun sözlərinə görə, Bakı istiqamətində həyata keçirilən ilk reysdən 29 sərnişin istifadə edib. Uçuşa tələbat artırsa, “İrAero” uçuş proqramını artırmağa hazırdır.

 

Bütün xəbərlər