Famil Sadıqov beş il müddətinə “Qazprom” şirkətinin idarə heyətinin üzvü seçilib

11:58 - 11.04.2019


11 aprel, Fineko/abc.az. “Qazprom” şirkətinin idarə heyəti Famil Sadıqovu beş il müddətinə idarə heyətinin üzvü seçib.

Holdinqin məlumatına görə, F.Sadıqov daha əvvəl maliyyə-iqtisadi məsələlər üzrə idarə heyətinin sədr müavini vəzifəsində çalışmışdı.

“Famil Sadıqov aprelin 15-dən etibarən idarə heyətinin üzvü vəzifələrini icra edəcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər