Azərbaycan DYƏT Baş Direktorlar iclasında təmsil olunub

15:40 - 11.04.2019


11 aprel, Fineko/abc.az. Seulda DYƏT Baş Direktorlar (məsul nümayəndələrin) Konfransının XXXIV iclası keçirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında deyilir ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

“İclasda 2018-ci il üçün yük daşımaları üzrə DYƏT Komissiyasının fəaliyyət nəticələri, 2018-ci ildə İnfrastuktur və hərəkət heyətləri üzrə DYƏT Komissiyasının fəaliyyəti, DYƏT-in kodlaşdırma və informatika üzrə Daimi İşçi Qrupunun fəaliyyəti, birbaşa dəmir yolu bağlantısına dair Konvensiyanın layihə mətninin qəbul edilməsi, dəmir yolu daşımalarında peşəkar təhsil/təlim üzrə Müvəqqəti İşçi Qrupunun işinin gedişatı, Baş Direktorlar Konfransının iclaslarının 2020-ci və sonrakı illər üçün keçirilmə yerlərinin ardıcıllığı, DYƏT Baş Direktorlar Konfransının XXXV iclasının ilkin gündəliyi, keçirilmə tarixi və yeri haqqında məsələlər müzakirə edilir”, - məlumatda belə deyilir.

İclasın sonunda müvafiq sənədlərin imzalanması nəzərdə tutulur.

 

Bütün xəbərlər