Azərbaycan neftinin qiyməti enib

09:59 - 12.04.2019


12 aprel, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin 1 barelinin qiyməti 0,25 dollar və yaxud 0,34% azalaraq bir barelə 73,73 dollar təşkil edib.

Aprelin 11-də Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin may fyuçersi 1,03 dollar (1,59%) azalaraq bir barelə 63,58 dollar təşkil etmişdir. 

Saat 9:15-də “WTI” markalı neftin may fyuçersi 0,28 dollar (0,44%) artaraq 63,86 dollar / barelə təşkil etmişdir.

Cümə axşamı günü Londonun “ICE Futures” birjasında “Brent”in iyun fyuçersi 0,9 dollar (1,25%) düşərək, bağlanma zamanı bir barelə 70,83 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyun ayına olan fyuçers qiymətləri 9:15-də 0,26 dollar (0,37%) artaraq bir barelə 71,09 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər