“ASAN ödəniş” sistemi əhatə dairəsini genişləndirir

15:00 - 12.04.2019


12 aprel, Fineko/abc.az. Dövlət Agentliyinin Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlığı nəticəsində 96 məhkəmə orqanının 21 növ xidməti üzrə ödənişləri “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə “ASAN ödəniş” sisteminə inteqrasiya edilib.

Artıq vətəndaşlar məhkəməyə verilən iddia ərizəsi üçün müəyyən edilmiş dövlət rüsumlarını, vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələri üçün rüsumları, iddiaların predmetinə dair 3-cü şəxslərin işə qoşulması - Hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələr üzrə rüsumlar və digər bu kimi ən çox edilən ödənişləri heç yerə getmədən, vaxta qənaət edərək kompüter arxasından həyata keçirmək imkanına malikdirlər.

Bütün xəbərlər