“Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi” təsdiq edilib

12.04.2019,16:28


12 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev “Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb. “Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi” təsdiq edilib.

Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsinin ümumi müddəalarına əsasən Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir