Keçən həftənin yekunu üzrə neftin qiymətləri yüksəlib

10:01 - 15.04.2019


15 aprel, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin 1 barelinin qiyməti 0,40 dollar və yaxud 0,54% artaraq bir barelə 74,13 dollar təşkil edib.

Aprelin 12-də Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin may fyuçersi 0,31 dollar (0,49%) artaraq bir barelə 63,89 dollar təşkil etmişdir. 

Saat 9:15-də “WTI” markalı neftin may fyuçersi 0,32 dollar (0,50%) enərək 63,57 dollar / barelə təşkil etmişdir.

Cümə günü Londonun “ICE Futures” birjasında “Brent”in iyun fyuçersi 0,72 dollar (1,02%) artaraq, bağlanma zamanı bir barelə 71,55 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyun ayına olan fyuçers qiymətləri 9:15-də 0,20 dollar (0,28%) azalaraq bir barelə 71,35 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər