TuranBankdan gənclərə dəstək!

15.04.2019,10:01


15 aprel, Fineko/abc.az. TuranBank gənc məzunlara karyeralarının başlanğıcında çox vacib olan iş təcrübəsi və bu sahədə biliklərə yiyələnmələri üçün geniş imkanlar yaradan “Gənclərə Dəstək” adlı sosial layihə həyata keçirir. Yeni əməkdaşların hazırlanması məqsədilə təşkil olunan layihənin növbəti qrupu üzrə təlimlər başa çatmışdır.

Qeyd edək ki, layihə çərçivəsində ilkin olaraq bankın baş ofisində departament və şöbə rəhbərləri tərəfindən iştirakçılara təlim keçirilmiş, ikinci mərhələdə əyani olaraq iş prosesinin aparılması, birbaşa satış kanallarının, instrumentlərinin və prinsiplərinin əsasları, filiallarda işin qurulması kimi mövzularda nəzəri məlumatlar verilmişdir. Hal-hazırda layihənin uğurlu nəticəsi olaraq 39 təcrübəçi TuranBankda daimi işlə təmin olunmuş, təlimləri başa vurmuş 11 nəfər isə cari ilin mart ayının 11-dən onlar üçün ayrılmış 2 aylıq hədəfli təcrübə dövründə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı qazanmışlar.

Təcrübəçiləri təbrik edir gələcək karyeralarında onlara uğurlar arzulayırıq.

Məlumat üçün qeyd edək ki, TuranBank gənc istedadları üzə çıxarmağa imkan verən uğurlu sosial layihəsini cari ildə də davam etdirəcəkdir.

 

Açar sözlər: TuranBank