Azərbaycanın milli su operatorunun kapitalı artırıldı

12:37 - 15.04.2019


15 aprel, Fineko/abc.az. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2019-cu il tarixli 158 saylı qərarı ilə ölkənin Milli Su operatoru "Azərsu" ASC-in nizamnamə kapitalı artırılmışdır.

Nazirlər Kabinetinin qərarı ilə şirkətin nizamnamə kapitalı 3,5% artaraq 422 954 120 AZN-ə çatdırılmışdır.

Şirkətin kapitalı, onun balansına yeni müəssisələrin ötürülməsi hesabına artmışdır.

 

Bütün xəbərlər