Azərbaycan Beynəlxalq Bankı birinci rübü mənfəətlə bitirdi

15:25 - 15.04.2019


15 aprel, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankı (ABB) 2019-cu ilin birinci rübü üzrə maliyyə fəaliyyətinin yekunlarını açıqladı.

ABB-nin məlumatına görə, 31 mart tarixinə bankın aktivləri 8,5 mlrd. manat təşkil edib və rüb ərzində bankın kapital mövqeyi daha da möhkəmlənib.

“Hesabat dövrünün sonunda bankın kredit portfeli 1,9 milyard manat təşkil edib, fiziki və hüquqi şəxslərə 200 milyon manat məbləğində kreditlər və təminatlar verilib”, - məlumatda belə deyilir.

Bankın məlumatında deyilir ki, fəaliyyətin effektivliyinin artırılması istiqamətində görülən işlər bankın rentabelliyinə də müsbət təsir göstərmişdir. Belə ki, ABB ilk rübü 130,3 milyon manat həcmində xalis mənfəətlə bitirmişdir. Bankın əməliyyat fəaliyyətindən əldə edilən xalis mənfəət 85,1 milyon manat təşkil edir.

 

Bütün xəbərlər