Aİ ölkələri Avropa Komissiyasına ABŞ ilə ticarət danışıqlarına başlamaq üçün mandat təqdim etdi

17:05 - 15.04.2019


15 aprel, Fineko/abc.az. Avropa İttifaqı ölkələri Avropa Komissiyasına (AK) Birləşmiş Ştatlarla rəsmi ticari danışıqlar aparmaq üçün mandat təqdim etdi.

Bu barədə, Brüsseldə AB Şurasının bazar ertəsi günü yayımlanan bəyanatında deyilir.

“Bu gün Şura Avropa Komissiyasının ABŞ ilə iki müqavilə üzrə danışıqların başlanmasına dair mandatını təsdiqlədi: yalnız kənd təsərrüfatı məhsulları istisna olmaqla, sənaye mallarında gömrük rüsumlarının ləğvi barədə ticarət razılaşma və uyğunlaşmanın qiymətləndirilməsi haqqında razılaşma. Bu razılaşmanın məqsədi,  qeyri tarif maneələrin aradan qaldırılması olacaq ki, bunun nəticəsində, şirkətlər üçün,  Aİ-da yüksək qorunma səviyyəsini saxlayaraq, həm Aİ-da, həm də ABŞ-da məhsulların texniki tələblərə uyğun olduğunu sübut etmək daha asan olacaq”, - deyə bəyanatda bildirilir.

 

Bütün xəbərlər