Tramp, Boeing 737 MAX təyyarələrinin adını dəyişməyi məsləhət gördü

17:16 - 15.04.2019


15 aprel, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp bildirib ki, Boeing  şirkəti 737 MAX modeldə olan təyyarələrində bütün xətaları aradan qaldırmalı  və bütün seriyanın adını dəyişməlidir.

“Mən Boeing olsaydım, Boeing 737 MAX təyyarələrinin nasazlıqlarını aradan qaldırardım,  onlara yeni funksiyalar əlavə etdim və yeni bir ad altında təyyarənin rebrendinqini həyata keçirərdim. Heç bir məhsul bunun kimi zərər çəkməyib. Amma yenə də... mən bu barədə nə bilirəm?” - ABŞ prezidenti Twitter səhifəsində bunu yazıb.

 

Bütün xəbərlər