İlham Əliyev Bakıda yolların yenidən qurulması üçün 3 milyon manat ayırıb

17:19 - 15.04.2019


15 aprel, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunda yolların yenidən qurulmasının davam etdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 2019-cu ilin dövlət büdcəsindən Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılacaq.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləği maliyyələşdirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

Bütün xəbərlər