Neftin qiymətləri enməkdə davam edir

10:45 - 16.04.2019


16 aprel, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin 1 barelinin qiyməti 0,55 dollar və yaxud 0,74% enərək bir barelə 73,58 dollar təşkil edib.

Aprelin 15-də Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin may fyuçersi 0,49 dollar (0,77%) azalaraq bir barelə 63,40 dollar təşkil etmişdir. 

Saat 9:15-də “WTI” markalı neftin may fyuçersi 0,05 dollar (0,08%) enərək 63,35 dollar / barelə təşkil etmişdir.

Bazar ertəsi günü Londonun “ICE Futures” birjasında “Brent”in iyun fyuçersi 0,37 dollar (0,52%) düşərək, bir barelə 71,18 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyun ayına olan fyuçers qiymətləri 9:15-də 0,17 dollar (0,24%) azalaraq bir barelə 71,01 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər