Bakı Beynəlxalq Dəniz Ticarət Limanı birinci rübdə 1 035,6 min ton yük aşırıb

11:53 - 16.04.2019


16 aprel, Fineko/abc.az. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-in yükaşırma həcmi birinci rübdə 1,035.6 min tondan çox olmuşdur.

QSC-dən bildirilir ki, tranzit yüklərin payı, aşırılan yükün ümumi həcminin 861 min ton və ya 86%-ni təşkil edir.

"Ən böyük artım konteynerlərin aşırılmasında müşahidə edildi. Hesabat dövründə konteynerlərin aşırılma həcmi 7,253 ədədi təşkil edib (TEU ekvivalentində), bu ötən ilin müvafiq dövrünə nisbətən 55,2% çoxdur (2018-ci ilin müvafiq dövründə 4,673 TEU). Ələtdə yerləşən bərə terminalından vaqonların aşırılması 12,6% artaraq 13,788 ədəd təşkil edib.

“Bunlardan 6446 vaqon (46,8%) Bakı-Kurık-Bakı marşrutu, 7,342 vaqon (53,2%) Bakı-Türkmənbaşı-Bakı istiqamətinə göndərilib”, - məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, iri tonnajlı nəqliyyat vasitələrinin (TIR) aşırılması 6 543 ədəd (43.5% artım) təşkil edib. Onlardan Bakı-Türkmənbaşı-Bakı marşrutu ilə 5 180 ədəd (79,2%), Bakı-Kurık-Bakı 1,363 ədədi (20,8%) marşrutu ilə göndərilib.

Hər iki istiqamətdə sərnişin daşınması 17,5% artaraq 8 813 nəfər təşkil edib.

 

Bütün xəbərlər