BP Azərbaycanda qazma işləri haqqında müqaviləni uzadıb

17:32 - 16.04.2019


16 aprel, Fineko/abc.az. Xəzərin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli yatağının (AÇG) və Şahdəniz qaz kondensat yatağının operatoru BP şirkəti Azərbaycanda qazma və mühəndis-layihə işlərinə dair yeni müqavilə imzalayıb.

“BP-Azerbaijan”ın məlumatında deyilir ki, müqavilənin dəyəri 500 milyon dollar həcmində qiymətləndirilir, müddəti isə iki dəfə bir illik uzadılma imkanı ilə, 5 ildir.

“Müqavilə BP tərəfindən idarə olunan yeddi platformada qazma qurğusu ilə, o cümlədən dənizdə olan qazma qurğuları ilə əməliyyatları və Mərkəzi Azəri, Şərqi Azəri, Qərbi Azəri, Dərin Sulu Günəşli, Qərbi Çıraq, Çıraq və Şahdəniz platformalarında qazma qurğuları ilə əməliyyatları nəzərdə tutur”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər