MBNP-da maliyyə dairələrinin nümayəndələri ilə görüş keçirildi

10:42 - 28.11.2017


28 noyabr, Fineko/abc.az. Dünən Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bankların, Milli Depozit Mərkəzinin (MDM), Bakı Fond Birjasının (BFB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə bankların kapital bazarlarında bilavasitə iştirak etməsi və investisiya xidmətlərini həyata keçirməsi, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının notları ilə bağlanan əqdlər üzrə klirinq-hesablaşmaların optimallaşdırılması ilə bağlı təqdimatlar keçirildi. Həmçinin qeyd olundu ki, bankların investisiya şirkətinin vasitəçiliyi olmadan qiymətli kağızlar bazarında iştirak etməsi bazarın inkişafında əhəmiyyətli rol oynaya bilər.

Bütün məsələlər üzrə müzakirələr aparıldı, görüş iştirakçılarının fikirləri dinlənildi. İrəlidəki birgə işin davam etdirilməsinə dair qərar qəbul edildi.

 

 

Bütün xəbərlər