10:30 - 17.04.2019
17 aprel, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi “Sabunçu Elmi İstehsalat və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə 15 fevral 2019-cu il tarixində keçirilmiş investisiya müsabiqəsində “Ferrotex” MMC qalib gəlmişdir.
Müsabiqənin şərtlərinə əsasən qalib şəxs dövlət büdcəsinə 2,8 milyon manat məbləğində pul vəsaitinin köçürülməsini və İnvestisiya Proqramına əsasən müəssisəyə 10 milyon manat məbləğində investisiya qoyuluşunun reallaşmasını öhdəsinə götürmüşdür. Bundan başqa müəssisənin dövlət büdcəsi və DSMF-yə olan 2 milyon manata yaxın məbləğdə borclarının, 200 min manata yaxın məbləğdə əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsini, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini üzərinə götürmüşdür.
Müəssisəyə bir il ərzində 10 milyon manatdan az olmayaraq özəl investisiyaların yatırılması, görüləcək işlər nəticəsində 160 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
26 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024