Rabitəbank bu ilin ilk rübünü yüksək mənfəətlə tamamlayıb

11:38 - 17.04.2019


17 aprel, Fineko/abc.az. Bank 2019-cu ilin birinci rübünü 3,2 milyon AZN mənfəətlə tamamlayıb, aktivlərin həcmi isə 717 milyon AZN təşkil edib. Bankın kredit portfeli 2018-ci ilin birinci rübü ilə müqayisədə 37 faiz artaraq 55,8 milyon AZN-ə çatıb. Ümumiyyətlə, bankın gəlirləri 12 milyon manatadək yüksəlib.

Həmçinin ötən ilin birinci rübü ilə cari ilin birinci rübünün müqayisəsində insan resurslarında da ciddi artım hiss olunub. Hazırda "Rabitəbank" əməkdaşlarının sayı 766-ya çatıb.

Bütün xəbərlər