Cari ilin ilk rübü Bank “BTB” ASC-nin aktivləri 291 087.54 min manat təşkil edib

12:07 - 17.04.2019


17 aprel, Fineko/abc.az. Cari ilin birinci rübünün sonunda bankın faiz gəlirləri 5 238.75 min  manat, faiz xərcləri isə  2 865.91 min manat təşkil edib. Eyni zamanda, qeyri-faiz gəlirləri 1 401.65 min manat, qeyri-faiz xərcləri isə 3 495.67  min manat olub.

Bankın kredit portfeli 171 280.30 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.57 % artım deməkdir. Bankın aktivləri isə 291 087.54 min manat təşkil edib
Bankın depozit portfeli 82 487.18 min manat təşkil edir. Depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 24.84 % artmışdır.

Bank “BTB” ASC -in məcmu kapitalı Mərkəzi Bankın ölkədəki kommersiya banklarının kapital tələbinə tam cavab verərək 52 887.64 min manat təşkil etmişdir.

Bütün xəbərlər