Azərbaycan ilə Çin arasında texniki yardım sahəsində əməkdaşlığa dair Saziş imzalanıb

17.04.2019,12:23


17 aprel, Fineko/abc.az. Aprelin 17-də Nazirlər Kabinetində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında texniki yardım (qrant) sahəsində əməkdaşlığa dair Saziş imzalanıb. Saziş Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və Çinin ölkəmizdəki səfiri Vey Cinhua imzalayıblar.

Baş nazirin müavini Əli Əhmədov Azərbaycan ilə Çin arasında əməkdaşlığın inkişafından danışıb və qeyd edib ki, Azərbaycan “Vahid Çin” siyasətini birmənalı şəkildə dəstəkləyir, Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyir və bu layihənin həyata keçirilməsində yaxından iştirak edir.