Azərbaycan iki ayda 281 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib

12:50 - 17.04.2019


17 aprel, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin verdiyi  məlumata əsasən bildirilir ki, yanvar-fevral aylarında ölkədən 281,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu, 2018-ci ilin eyni aylarına nisbətən faktiki qiymətlərlə 16,5 faiz, real ifadədə isə 10,3 faiz çoxdur. 

Qeyri-neft məhsulları üzrə ixracın dəyərində Rusiyaya (29,1 faiz), Türkiyəyə (22,6 faiz), Gürcüstana (13,1 faiz), İsveçrəyə (7,3 faiz), İrana (3 faiz), Yunanıstana (3 faiz), İtaliyaya (2,8 faiz), Çinə (2,3 faiz), Ukraynaya (2,2 faiz), Almaniyaya (2,0 faiz) və ABŞ-a (1,6 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Bütün xəbərlər