SOCAR istiqrazlarının 10-cu faiz ödənişi edilib

17.04.2019,14:10


17 aprel, Fineko/abc.az. “SOCAR Capital” şirkətindən bildirilib ki, dollarda illik 5 faiz gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən 2021-ci ilədək dövriyyəsi davam edəcək olan SOCAR istiqrazları üzrə qarşıdakı rüblərdə daha 10 dəfə faiz ödənişi ediləcək. Bunu müqabilində də istiqraz sahibləri əlavə 12 milyon 500 min dollar qazanmış olacaqlar (toplamda 25 milyon dollar)

Aprelin 17-də SOCAR istiqrazları üzrə bu ilin ikinci faiz ödənişi həyata keçirilib. Hər istiqraz üçün 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsaitin bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürüldüyü bildirilib.

Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alqı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 172 milyon dolları ötüb və Bakı Fond Birjasında ən çox alınıb–satılan qiymətli kağızdır. 2019-cu ilin ilk rübündə 120-dən çox, ümumilikdə isə 1700 əqd bağlanıb. Hətta böyük tələbat nəticəsində SOCAR istiqrazlarının market–meyker satış qiyməti 1046 dollara yüksəlib.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan və 5 illik müddətə buraxılan SOCAR istiqrazlarının aprelin 17-də ümumi faiz ödənişlərinin artıq yarısı yekunlaşıb.

İstiqrazlar üzrə növbəti faiz ödənişi iyulun 17-də baş tutacaq.

Açar sözlər: socar