Cari ilin ilk rübü ölkədə 18 mlrd. manatdan artıq ÜDM istehsal edilib

17.04.2019,14:20


17 aprel, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən bildirilib ki, yanvar-mart aylarında ölkədə 18 milyard 111,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

ÜDM istehsalının 46 faizi sənayenin, 10,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,5 faizi tikintinin, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 16,4 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 8,2 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1835,1 manata bərabər olub.